
Davud Kərimi Azərbaycan millisində – Qapıçılar üzrə məşqçi olacaq
“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovun Azərbaycanın U-15 millisinin “sükanı arxasına” gətiriləcəyini xəbər vermişdik. Bu təyinat rəsmi olaraq tezliklə açıqlanacaq.
Artıq Həşimovun 15 yaşadək futbolçulardan ibarət millidə köməkçisi olacaq məşqçilərdən birinin adı da məlumdur.
Komanda.az-ın əldə etdiyi məlumata görə, minifutbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi Həşimovun komandasında yer alacaq. Sabiq qolkiper U-15 millisində qapıçılar üzrə məşqçi kimi çalışacaq.
41 yaşlı Kərimi karyerası ərzində minifutbol millisindən başqa, “Kəpəz”, “Rəvan”, “Neftçala”, “Fəthiyəspor” (Türkiyə) kimi klublarda da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



