Ançelotti “Real”ın onu transfer etməsini istəmir

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xeanın “Real”a transferi mümkün olmaya bilər.

Komanda.az COPE-ye istinadən xəbər verir ki, ispaniyalı qapıçı “Real”ın baş məşqçisi Karlo Ançelottini qane etmir.

“Real” qapıçısı Tibo Kurtua zədələndikdən sonra onu əvəzləməyə yeni qolkiper axtarır.

De Xea 2011-ci ilin yayında “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, İngiltərə klubunda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button