Darmianın məqsədi

“İnter”in müdafiəçisi Matteo Darmian İtaliya kubokunun 1/4 finalının “Atalanta” ilə oyununu (1:0) şərh edib.

Komanda.az “Mediaset”-ə istinadən xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan futbolçu növbəti qarşılaşma haqda danışıb:

“Məqsədim İtaliya kubokunda mübarizəni davam etdirməkdir. İndi növbəti oyun haqda düşünməliyik”.

Milan təmsilçisi yarımfinalda “Yuventus” – “Latsio” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button