
İtaliyalı futbolçu “İnter”dən ayrılacaq
“İnter”in müdafiəçisi Matteo Darmian cari mövsümün sonunda komandanı tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun bu ilin iyununun sonunda başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq və o, azad agent statusu alacaq.
Darmianın xidmətində bir neçə klub maraqlıdır. Onu heyətinə qatmaq istəyənlər arasında “Kremoneze” (komanda A Seriyasında qalacağı halda), həmçinin, “Sassuolo” və “Monza” yer alır.
O, 2020-ci ildən “İnter” formasını geyinir və bu mövsüm bütün turnirlərdə cəmi 6 oyunda meydana çıxıb.
İtaliyalı futbolçu karyerası ərzində “Parma”, “Mançester Yunayted”, “Torino”, “Palermo” və “Milan” kimi klublarda da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



