Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına üz tutdu

Portuqaliyalı yarımmüdafiəçi Ruben Neves “Vulverhempton”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçidini tamamlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu tibbi müayinədən keçib və klubla 3 illik müqavilə imzalayıb.

“Vulverhempton” Neves üçün 55 milyon avro alacaq.Transferin bu həftə rəsmi olaraq açıqlanacağı gözlənilir.

Ruben Neves 2017-ci ildən İngiltərə klubunda çıxış edirdi. Portuqaliyalı futbolçu “Vulverhempton”a “Portu”dan keçmişdi.

O, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 35 oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button