Daha 3 futbolçu koronavirusa yoluxdu – Türkiyə klubunda

Türkiyənin “Göztəpə” klubunda koronavirusa daha dörd yoluxma faktı aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

COVİD-19 testi pozitiv çıxanlardan üçü futbolçu, biri isə klub işçisidir. Onların hamısı ev şəraitində karantinə alınıb və müalicələrinə start verilib.

“Göztəpə” əvvəlki günlərdə də bir neçə futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button