Dadaşovun komandası yenə darmadağınla qalib gəldi

Futbol üzrə ABŞ birinci liqasında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Oakland Roots” ilə qarşılaşıb. Oyun “Finiks Rayzinq”in 3:0 hesablı qələbəsiylə başa çatıb.

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparsa da, bu dəfə də fərqlənməyi bacarmayıb.

İki oyuna 6 xal toplayan “Finiks Rayzinq” hazırda birinci pillədə qərarlaşıb.