Dadaşovun komandası doğma meydanda uduzdu

Futbol üzrə Portuqaliya çempionatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vizela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Renat da bu görüşün iştirakçısı olub. O, bu görüşün 82-ci dəqiqəsində meydana buraxılıb.

“Tondela” 19 turdan sonra 17 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.