Dadaşovlu “Dinamo”dan səfər heç-heçəsi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 8-ci turunda “Babelsberq”lə qarşılaşıb.

Matç heç-heçə başa çatıb – 1:1. Meydana start heyətində çıxan Dadaşov sonadək oynasa da, bu dəfə fərqlənə bilməyib.

“Dinamo” hazırda 15 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button