Dadaşov İsveçrədə ayın ən yaxşı futbolçusu seçildi

“Qrasshopper”də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, 23 yaşlı forvard azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Gənc forvard hazırda 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov “Qrasshopper”ə cari mövsümün əvvəlində İngiltərənin “Vulverhempton” klubundan keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button