
Cüdo: Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
Azərbaycan Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb.
Komanda.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Əhməd Yusifov bürünc mükafata sahib çıxıb.
Azərbaycanın digər təmsilçisi Balabəy Ağayevlə qarşılaşan idmançı üçüncü yeri tutub.
Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



