“Çox xoşbəxtəm” – İkardi

“Qalatasaray”ın hücumçusu Mauro İkardi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Mançester Yunayted” üzərində qələbədən (3:2) sonra penaltini qaçırsa da, komandasının qələbəsinə sevindiyini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan argentinalı forvard, penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün özünə əsəbiləşdiyini deyib:

“Penaltini yerinə yetirmədiyim üçün özümə əsəbiləşdim. Amma qalib gəldiyimiz üçün çox şadam. Bu, Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”ın heyətində vurduğum ilk qoldur. Çox xoşbəxtəm”.

“Mançester Yunayted” ardıcıl ikinci matçda məğlub olaraq A qrupunda sonuncudur. “Qalatasaray” 4 xalla ikinci pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button