
“Çox çətin və vacib qələbə qazandıq” – Berdıyev
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Çox çətin və vacib qələbə qazandıq. İkinci hissədə göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Çempionatın sonuna yaxın çox vacib 3 xal əldə etdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



