
“Çox çətin dönəmdəyik” – “Neftçi”nin məşqçisi
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı”nın qonağı olub.
Komanda.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyundan sonra “ağ-qaralar”ın köməkçi məşqçisi Mübariz Orucovun mətbuat konfransı keçirilib. Orucov 2:0 hesabı qalib gəldikləri oyunu belə şərh edib:
“Azarkeşlərə təşəkürr edirəm. Bu qədər məsafəni qət edib gəliblər. Çətin bir dönəmdən keçirik, zədəlilərimiz çox idi. Futbolçulara də təşəkkür edirəm. Bəzi oyunçuların zədəsi ciddi deyil, bəzilərinin zədəsi ağırlaşır. Çox çətin dönəmdəyik. Çalışırıq bu durumdan çıxaq.
“Neftçi” olaraq hər oyunda qələbə qazanmaq istəyirik. Kubok matçında da finala çıxmağa çalışacağıq.
Oyun təzə bitib. İndi ümumi vəziyyəti dəyərləndirib baş məşqçimizlə də qərar verəcəyik.
“Sabah”ın baş məşqçisinin futbolçumuz Elvin Camalovun davranışı ilə bağlı nə dediyini bilmirəm, izləməmişəm. Bu suala cavab verməyəcəm”.
Paytaxt klubunun baş məşqçisi Samir Abasov cəzalı olduğu üçün oyunu tribunadan izləyib.
“Neftçi” növbəti turda evdə “Zirə”ni qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



