Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

“Düdelanj”ın futbolçusu Conatan Juber Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Lüksemburq təmsilçisinin kapitanı jurnalistlərin suallarını cavablandırıb:

  • Arada olan saat fərqi sizin oyununuza təsir edəcəkmi?
  • Düşünmürəm ki, bizin oyunumuza təsiri olsun. Bunu nəzərə alıb, 1 gün əvvəl tez gəldik. Yuxuyla bağlı problemimiz olsa da, sabah bunun öhdəsindən gələcəyik.

Şahin Cəfərov