“Biz ötən mövsümlə müqayisədə zəifləməmişik”

PSJ-nin hücumçusu Osman Dembele UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Liverpul”la keçirilən cavab matçında (2:0) iki qol vuraraq, komandasının yarımfinala yüksəlməsində vacib rol oynayıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, oyundan sonra fransalı futbolçu qələbəni belə şərh edib:

“Çox çətin anlar oldu, xüsusilə, ikinci hissənin birinci yarısında. Amma sonda qələbəyə aparan yolu tapdıq. Düşünürəm ki, biz ötən mövsümlə müqayisədə zəifləməmişik. Ümid edirəm ki, yenidən finalda oynayacam”.

İlk oyunda da 2:0 hesabı ilə qalib gələn PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib.

Dembele hazırda “qızıl top” mükafatının sonuncu sahibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button