
ÇL: Mbappe “Benfika” ilə oyun üçün “Real”ın heyətində yer almayıb
“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının “Benfika” ilə keçiriləcək oyunu üçün heyətə daxil edilməyib.
“Kral klubu”nun mətbuat xidməti Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə cavab matçı üçün heyəti açıqlayıb. Mbappe zədə səbəbindən heyətə daxil edilməyib.
Komanda.az “Real”ın heyətini təqdim edir:
Qaıçılar: Tibo Kurtua, Andrey Lunin, Fran Qonsales;
Müdafiəçilər: Dani Karvahal, David Alaba, Trent Aleksandr-Arnold, Alvaro Karreras, Fran Qarsiya, Antonio Rüdiger;
Yarımmüdafiəçilər: Ferlan Mendi Eduardo Kamavinqa, Federiko Valverde, Orelyen Tçuameni, Arda Gülər, Sestero, Anxel, Sezar Palasios, Tiaqo Pitarç;
Hücumçular: Vinisius Junior, Qonsalo Qarsiya, Brahim Dias, Franko Mastantuono.
“Real” – “Benfika” matçı bu gün saat 00:00-da start götürəcək. İlk oyunda Madrid təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin



