ÇL: “Real” Mbappesiz qala bilər

“Real” UEFA Çempionlar Liqasının 6-cı turunda bu gün keçiriləcək “Mançester Siti” ilə matçda Kilian Mbappesiz qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard oynamaq istəsə də, sol dizindəki kəskin ağrı səbəbindən durumu qeyri-müəyyəndir.

26 yaşlı hücumçunun qarşıdakı oyunda meydana çıxması böyük sual altındadır. Baş məşqçi Xabi Alonso ehtimal olunan itkini nəzərə alaraq, son məşqdən sonra braziliyalı Endriklə ayrıca söhbət edib. Mətbuat bu detalı onun start heyətinə düşə biləcəyi kimi dəyərləndirir.

“Real” – “Mançester Siti” matçı saat 00:00-da start götürəcək. Mbappe hazırda Çempionlar Liqasının bombardirlər yarışına 9 qolla başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button