“Qarabağ”a 4 qol vuran futbolçu bu göstəricidə birincidir

Beynəlxalq Futbol İdman Araşdırmaları Mərkəzi – CIES cari mövsümdə UEFA Çempionlar Liqası oyunlarında futbolçuların maksimal sürət göstəricilərinə əsaslanan reytinqi açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərkəz müdafiəçiləri arasında ən yüksək sürət göstəricisi “Mançester Siti”nin futbolçusu Abdukadir Xusanova məxsusdur. O, saatda 35,80 km sürət yığaraq öz mövqeyində lider olub.

Siyahıya PSJ-nin müdafiəçisi İlya Zabarnı da daxil edilib. Ukraynalı futbolçu mərkəz müdafiəçiləri arasında 33,48 km saat nəticə ilə 14-cü pillədə qərarlaşıb.

Bütün mövqelər üzrə ən yüksək sürət göstəricisi isə “Nyukasl”ın hücumçusu Entoni Qordona məxsusdur. O, 37,92 km/saat sürətə çataraq cari mövsümün ən sürətli futbolçusu olub. İngiltərəli forvard fevralın 18-də Bakıda “Qarabağ”la keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda ağdamlıları 4 dəfə meydanın mərkəzinə dəvət edib. Cavab matçı sabah İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button