ÇL: “Qalatasaray” qrup mərhələsinə vəsiqə qazandı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə üç oyun keçirilib.

Türkiyə çempionu “Qalatasaray” Norveç “Molde”sini sınağa çəkib. Səfərdə baş tutan ilk matçda qələbə qazanmış İstanbul klubu cavab matçından da qalib ayrılmaqla növbəti mərhələyə yüksəlib.

Portuqaliyanın “Braqa” və İsveçrənin “Yanq Boyz” komandaları da ÇL-in qrup mərhələsinə vəsiqə qazanıblar.

Mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

29 avqust

Qalatasaray (Türkiyə) – Molde (Norveç) 2:1
İlk oyun – 3:2

Panatinaikos (Yunanıstan) – Braqa (Portuqaliya) 0:1
İlk oyun – 1:2

Yanq Boyz (İsveçrə) – Makkabi (Hayfa, İsrail) 3:0
İlk oyun – 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button