ÇL: “Milan” qeyri-adi bir şey etməyə çalışacaq”

“İnter”in müdafiəçisi Françesko Açerbi UEFA Çempionlar Liqasının yarımfinalının “Milan”la cavab matçından öncə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cari mövsümü yaxşı keçirdiklərini deyib:

“Bu, yarımfinalın cavab qarşılaşmasıdır. Rəqib qələbə qazanmaq istəyəcək, bunu bilirik. Lakin çox şey bizim oyuna münasibətimizdən və meydançadakı qətiyyətimizdən asılı olacaq.

“Milan” qeyri-adi bir şey etməyə çalışacaq. Buna görə, oyuna yaxşı hazırlaşmaq lazımdır.

Ümumiyyətlə, cari mövsümü yaxşı keçiririk, amma çatışmayan nələrsə var. Mövsümün sonuna qədər baş verəcək hadisələri görəcəyik. Yekunda ümumi fikir bildirərik”.

İlk oyunda “neradzurra” “Milan”ı 2:0 hesabı ilə məğlub etmişdi. Cavab qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button