ÇL matçı öncəsi 100-dən çox azarkeş saxlanıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Hollandiyada keçirilən “Ayaks” – “Lill” matçı öncəsi Fransa klubunun azarkeşləri iğtişaşlar törədiblər.

Komanda.az xəbər verir ki, bu barədə Hollandiya polisinin yaydığı rəsmi açıqlamada bildilir.

İğtişaşlar nəticəsində 100-dən çox fransalı tərəfdar saxlanılıb. “Lill” fanatları ictimai asayişi pozmaqda, pirotexniki vasitələrdən istifadədə, həmçinin şiddət nümayiş etdirmək günahlandırılır. Polis onların haqqında araşdırmalara start verildiyini də bəyan edib.

Hollandiya mətbuatının yazdığına görə isə, xoşagəlməz olayların çoxu “Yohan Kroyff Arena”nın yaxınlığındakı “Strandvliet” metrostansiyasında qeydə alınıb. Fransalı azarkeşlər relslərin üzərinə çıxdığından metronun işində müəyyən fasilə yaranıb.

“Ayaks” – “Lill” matçına bir neçə dəqiqə öncə start verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button