Pioli İtaliya klublarının Çempionlar Liqasını tərk etməsindən danışdı

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya klublarının Çempionlar Liqasını tərk etməsinə münasibət bildirib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, İtaliya komandalarının digər Avopa klublarından o qədər də uzaq olmadıqlarını bildirib:

“Fikrimcə, İtaliya klubları digər Avropa klublarından o qədər də uzaq deyil. Amma təbii ki, digər liqaların klubları bu cür pul xərcləməyə davam etsələr, bu, heç kim üçün asan olmayacaq”.

Çempionlar Liqasında İtaliyanın 4 komandası iştirak edib. “Milan” F qrupundan çıxa bilməyib. “Latsio” 1/8 finalda “Bayern” tərəfindən mübarizədən kənarlaşdırılıb. “İnter” və “Napoli” müvafiq olaraq “Atletiko” və “Barselona”ya uduzaraq, eyni mərhələdə çıxışlarını başa vurublar. İtaliya çempionatı UEFA reytinqində üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button