
ÇL: İsak “Qalatasaray”la matçı buraxacaq
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı keçiriləcək cavab oyunu öncəsi heyətlə bağlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandanın müdafiəçisi İbrahima Konatenin matça hazır olduğunu və 90 dəqiqə, hətta lazım gələrsə, daha çox oynaya biləcəyini vurğulayıb. Ancaq onun start heyətində yer alıb-almayacağı oyunöncəsi dəqiqləşəcək.
Slot həmçinin, bildirib ki, hücumçu Aleksander İsak bugünkü qarşılaşmada iştirak edə bilməyəcək. Digər müdafiəçi Co Qomesin oynayıb-oynamayacağı isə matçdan əvvəl müəyyənləşəcək.
“Qalatasaray” ilk oyunda İstanbulda “Liverpul”u 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması bu gün Liverpul şəhərindəki “Enfild”də keçiriləcək.
Bizi Facebook-da izləyin



