
ÇL: Hakimliklə bağlı sözləri başına bəla ola bilər
“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasının yarımfinalında “Atletiko” ilə oyunda hakimlik barədə səsləndirdiyi fikirlərə görə cəzalandırıla bilər.
İngiltərəli futbolçu bildirib ki, referi Danni Makkeli madridlilərin azarkeşlərinin təzyiqi altında “aşkar penalti” qərarını ləğv edib.
Komanda.az “Times Sport”-a istinadən xəbər verir ki, Rays indi UEFA tərəfindən sanksiya ilə üzləşə bilər, çünki o, açıq şəkildə hakimlərin ədalətliliyini şübhə altına alıb. Hələlik yekun qərarın nə vaxt veriləcəyi məlum deyil.
“Topçular”ın səfərdə keçirdiyi ilk oyun 1:1 hesabı ilə başa çatıb və hər iki komanda penaltidən fərqlənib. Cavab qarşılaşması mayın 5-də, Londonda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



