ÇL: Flikin Arauxo planı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Nyukasl”la oyununda Ronald Arauxonu start heyətində meydana buraxmaq istəyir. İlk oyun martın 10-da İngiltərədə keçiriləcək.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, uruqvaylı futbolçu “Nyukasl”la sentyabrda keçirilən matçda (2:1) olduğu kimi, indi də start heyətində ola bilər.

Flik, Arauxonun fiziki xüsusiyyətlərinin “Barselona”ya “sağsağanlar” qarşısında, xüsusən də, almaniyalı hücumçu Nik Voltemadeyə qarşı oyunda çox kömək edəcəyinə inanır.

27 yaşlı futbolçu zədəsini sağaltdıqdan sonra yalnız bir dəfə – Sequnda təmsilçisi “Albasete” ilə Kral kuboku matçında start heyətində meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button