Mourinyo: “Real”la bu oyunda hücumda Trubin olmayacaq”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”a qarşı ilk oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az “Special One”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı bu oyunda hücumda qapıçı Anatoli Trubinin olmayacağını bildirib:

“Bu, yalnız qarşılaşmanın ilk oyunu olacaq. Bu matçda hücumda Anatoli Trubin olmayacaq. Bəziləri deyir ki, ilk oyunda müəyyən bir nəticə əldə etmək lazımdır. Amma bu, son nəticə olmayacaq”.

“Benfika”nın ukraynalı qapıçısı Anatoli Trubin Çempionlar Liqasının 8-ci turunda məhz “Real”la qarşılaşmanın son dəqiqəsində fərqlənərək, komandasının pley-off-a çıxmasında vacib rol oynamışdı. Onun cərimə zərbəsindən sonra başla vurduğu qol lissabonluları növbəti mərhələyə çıxarmışdı.

“Benfika”nın “kral klubu”na qarşı ilk oyunu sabah keçiriləcək. Cavab matçı isə fevralın 25-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button