ÇL: “Mübarizəni bu cür şəkildə dayandırmaq çox ağrılıdır”

“Barselona”nın müdafiəçisi Ronald Arauxo UEFA Çempionlar Liqasından erkən vidalaşmalarından sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında komandanın turniri bu cür şəkildə tərk etməsinin ağır olduğunu bildirib:

“Mübarizəni bu cür şəkildə dayandırmaq çox ağrılıdır. Daha güclü qayıtmaq və azarkeşlərimizi sevindirmək üçün bütün gücümüzü verəcəyik. Həmişə bizimlə olanlara təşəkkür edirik”.

“Barselona” 1/4 final mərhələsində “Atletiko”ya iki oyunun nəticəsində (0:2, 2:1) uduzaraq, turnirlə vidalaşıb.

Kataloniya təmsilçisi hazırda La Liqada liderdir və 31 turdan sonra 79 xal toplayıb. Komanda növbəti oyununu aprelin 22-də, “Selta”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button