
ÇL: “Budo Qlimt” məndə çox güclü təəssürat yaratdı”
“İnter”in sabiq futbolçusu Cüzeppe Berqomi komandanın UEFA Çempionlar Liqasından erkən ayrılmasına münasibət bildirib.
Uzun illər yalnız “İnter”in formasını geyinmiş müdafiəçi, “Budo Qlimt”lə keçirilən oyunlardan sonra rəqibin onu ciddi şəkildə təsirləndirdiyini gizlətməyib. Norveçlilər iki oyunun nəticəsinə əsasən 5:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıblar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Berqomi, Norveç komandasını həm fiziki gücü, həm də oyun intizamı ilə fərqləndirib:
“Budo Qlimt” məndə çox güclü təəssürat yaratdı. Onlar fiziki baxımdan güclü, təşkilatlanmış və cəsarətli idilər. “İnter”in təşəbbüsü ələ almasına imkan vermədilər. Məsələ yalnız Manuel Akanjinin səhvi deyil, rəqib bütün matçı daha yaxşı keçirdi”.
Cüzeppe Berqomi 1979–1999-cu illər ərzində fasiləsiz olaraq “İnter”in şərəfini qoruyub.
Bizi Facebook-da izləyin



