ÇL: “Atletiko” ilə matçlar həmişə gərgin keçir”

“Real”ın çalışdırıcısı Karlo Ançelotti “Atletiko” ilə oyun öncəsi rəqib komandanın baş məşqçisi Dieqo Simeone haqda danışıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis oyundan əvvəl keçirilən mətbuat konfransında bir məşqçi kimi Simeoneyə böyük hörmətinin olduğunu bildirib:

“Atletiko” ilə matçlar həmişə gərgin keçir. Çox yaxşı mövsüm keçirirlər, bütün turnirlərdə uğurla çıxış edirlər. Simeone ilə bağlı ilk xatirəm onun futbolçu karyerasına aiddir. “Yuventus” – “Latsio” matçında vacib qola imza atdı və 2000-ci ildə A Seriyası çempionluğunu qazanan oyunda da qol vurdu. Bir məşqçi kimi ona böyük hörmətim var. Onun oyunu oxuma tərzi, komandaya bağlılığı və müdafiədəki oyunu…”.

“Real”la “Atletiko” arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button