
ÇL: “Barselona”nın futbolçusu VAR-dan narazı qalıb
“Barselona”nın futbolçusu Jerar Martin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə ilk oyununda baş verən mübahisəli penalti epizoduna münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu rəqib komandanın müdafiəçisi Mark Pubil tərəfindən əllə oyunun qeydə alınmamasından narazılığını ifadə edib:
“Qapıçı topu oyuna daxil edir, amma müdafiəçi onu əli ilə düzəldir. Ola bilsin, hakim bunu canlı epizodda görmədi, çünki vəziyyət kifayət qədər gözlənilməz və qəribə idi. Ancaq VAR bunu mütləq görməli və baş hakimə məlumat verməli idi”.
Qarşılaşma “Barselona”nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu aprelin 14-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



