“Bu klubda çıxış etdiyim vaxtdan bəri ən pis nəticələrə şahidlik edirəm”

“Çelsi”nin müdafiəçisi Sesar Aspilikueta İngiltərə Premyer Liqasının 34-cü turunun “Arsenal”la qarşılaşması haqda (1:3) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyunun ilk hissəsində passiv çıxış etdiklərini bildirib:

“Birinci hissədə kifayət qədər passiv idik. “Arsenal”ın təhlükəli komanda olduğunu bilirdik. Topla daha yaxşı davranmalı idik. Çətindir. Biz ən yaxşı vəziyyətdə deyilik, reallıq budur. Bunu mütləq həll etməliyik.

Azarkeşlər kimi, biz də məyusuq. Məsuliyyəti öz üzərimizə götürməliyik, başqa yolu yoxdur. Bu klubda çıxış etdiyim vaxtdan bəri ən pis nəticələrə şahidlik edirəm. Meydançada fərq yaratmalıyıq. İşləməliyik və həll etməli olduğumuz çoxlu məsələlər var”.

“Çelsi” hazırda İngiltərə çempionatının turnir cədvəlində 39 xalla 12-ci, “topçular” isə 78 xalla 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button