Mourinyo keçmiş futbolçusunu istəyir

Çinin “Şandun Lunen” klubunda forma geyinən Maruan Fellaini yenidən İngiltərəyə qayıda bilər.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi “Tottenhem”in diqqət mərkəzinə düşüb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, xüsusilə, baş məşqçi Joze Mourinyonun 32 yaşlı yarımmüdafiəçinin transfer edilməsini istədiyi bildirilir.

Fellaini ilə Mourinyo birlikdə daha əvvəl “Mançester Yunayted”də işləyib.

Bu yay “Şandun Lunen”ə keçən Fellaininin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button