Tokio-2020-dən kənarlaşdırıldı – koronavirusa görə

Çilili taekvandoçu Fernand Aqirre Tokio-2020 Yay Olimpiya Oyunlarından kənarlaşdıırlıb.

Kopmanda.az xəbər verir ki, bu barədə Çili Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Aqirre koronavirusa yoluxduğu üçün olimpiadada iştirak edə bilməyəcək.

Aqirrenin səhhəti yaxşıdır.

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək.