Henderson “Əl-İttifaq”la müqavilə imzalayacaq

“Liverpul”un futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qısa zamanda tibbi müayinədən keçəcək və “Əl-İttifaq”la müqavilə imzalayacaq. İngiltərəli futbolçunun həftəlik 800 min avro maaş alacağı bildirilir.

Henderson 2011-ci ildən “qırmızılar”ın formasını geyinir. O, başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Əl-İttifaq”ın baş məşqçisi “Liverpul”un keçmiş futbolçusu Stiven Cerrarddır.

2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button