“Cenoa”dan “Antalyaspor”a

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Cenoa” klubunun hücumçusu Sinan Gümüşü heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mövsümün əvvəlində “Qalatasaray”dan “Cenoa”ya transfer olunan, amma A Seriyası təmsilçisində möhkəmlənə bilməyən türkiyəli forvard m “Antalyaspor” tərəfindən mövsümün sonuna kimi icarəyə götürülüb.

Artıq Antalyaya gələn 26 yaşlı futbolçu yeni klubu ilə 6 aylıq icarə müqaviləsi imzalayıb.

Qeyd edək ki, “Antalyaspor” Yaponiyanın “Vissel Kobe” klubunun almaniyalı hücumçusu Lukas Podolksini də heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button