Şevçenkodan antirekord

“Cenoa” İtaliya A Seriyasının 18-ci turunda “Latsio”ya uduzub – 1:3.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu məğlubiyyət Genuya təmsilçisinin baş məşqçisi Andrey Şevçenko üçün antirekordla əlamətdar olub.

Belə ki, ukraynalı mütəxəssis “Cenoa” ilə ilk 6 matçında qələbə qazana bilməyib. Genuya təmsilçisi bu oyunlarda 5 məğlubiyyət alıb, 1 dəfə də heç-heçə edib. Bu, klub tarixi üçün antirekorddur.

Şevçenko ötən ay “Cenoa”ya baş məşqçi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button