Çempionşip klubunun Terri arzusu

“Çelsi”nin sabiq futbolçusu Con Terri Çempionşipdə çalışa bilər.

Komanda.az “Football İnsider”ə istinadən xəbər verir ki, hazırda “Aston Villa”da köməkçi məşqçi işləyən Terri, “Bristal Siti”nin “sükanı arxasına” keçə bilər. Çempionşip klubu baş məşqçisi Lee Consonu Terri ilə əvəzləmək istəyir. 39 yaşlı Terri də “Bristol Siti”də çalışmağa hazır olduğunu bildirib.

“Bristol Siti” Çempionşipdə turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button