Çempionluq oyununa hakim təyinatları açıqlandı

Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından Komanda.az-a verilən məlumata görə, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.

“Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması FİFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək. Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.

Oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. “Neftçi” hazırda 52 xalla liderdir. İkinci sıradakı “Araz-Naxçıvan”ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button