“Real” Ukraynaya onlarsız yollandı

Çempionlar Liqasının 5-ci turu çərçivəsində səfərdə “Şaxtyor”la (Donetsk) qarşılaşacaq İspaniyanın “Real” klubu Ukraynaya ciddi itkilərlə yollanıb.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisində sözügedən qarşılaşmada Serxio Ramos, Alvaro Odriosola, Eden Hazard, Federiko Valverde, Dani Karvahal və Luka Yoviç iştirak edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 6 futbolçu da oyunun iştirak ərizəsinə salınmayıb.

Sabah keçiriləcək “Şaxtyor” – “Real” matçı saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button