
ÇL: “Real”la oynayanda həmişə çətin bir matç gözləyirsən”
“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşmalar haqda gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli forvard bu oyunların çətin olacağını söyləyib:
“Növbəti rəqibimiz çox çətin olacaq. Çempionlar Liqasında “Real”la oynayanda həmişə çətin bir matç gözləyirsən. Mübarizəyə hazır olmalısan. Hazır olacağıq. Heç kimdən qorxmuruq. Bilirik ki, çətin olacaq. “Atalanta” ilə oyunlardan sonra və bu mövsüm qazandığımız özünəinam sayəsində bu istiqamətdə davam etməliyik”.
Münhen klubu ÇL-in 1/8 finalında “Atalanta”nı ümumi 10:2 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



