ÇL: “Liverpul” “Vilyarreal”ı məğlub yola saldı

Dünən UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, yarımfinalın dünən keçirilən ilk oyununda “Real” İngiltərədə “Mançester Siti”nin qonağı olub.

İspaniya nəhəngi yarımfınaldan əvvəl İngiltərənin daha bir təmsilçisini – “Çelsi”ni mübarizədən kənarlaşdırmışdı. Elə “şəhərlilər” də bu mərhələyə yüksəlmək üçün İspaniya komandasını – Madrid “Atletiko”sunu məğlub etməli olmuşdu.

Bu komandaların Mançesterdə baş tutan ilk oyunu kifayət qədər məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar. “Real”la “Mançester Siti” arasında cavab matçı mayın 4-də, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Yarımfinalın daha bir cütündə bu gün “Liverpul”la “Vilyarreal” üz-üzə gəlib. Unay Emerinin başçılıq etdiyi “Vilyarreal”ın Çempionlar Liqasında yarımfinala yüksəlməsi sensasiya sayıla bilər. Özü də, İspaniya komandası 1/4-də Almaniya nəhəngi “Bayern”i mübarizədən kənarlaşdırmaqla buna nail olub. “Vilyarreal”ın daha bir sürprizə imza atmağa gücü çatacaqmı, bunu “Liverpul”la oyunlardan sonra biləcəyik.

Bu komandalar arasındakı ilk oyunda “Liverpul” inamlı qələbəyə sevinib. Cavab matçı mayın 3-də, İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyunlar

26 aprel

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 4:3
Qol: K.D.Bruyne, 2. Q.Jezus, 11. F.Foden, 53. B.Silva, 74 – K.Benzema, 33; 82-pen. V.Junior, 55.
Baş hakim: İstvan Kovaç (Rumıniya)

Mançester Siti: Ederson, Con Stounz, Ruben Dias, Emerik Laport, Aleksandr Zinçenko, Rodri, Kevin de Bruyne, Bernardo Silva, Riyad Mahrez, Qabriel Jezus, Fil Foden.
Real: Tibo Kurtua, Daniel Karvaxal, Eder Militao, David Alaba, Ferlan Mendi, Federiko Valverde, Toni Kroos, Luka Modriç, Rodriqo, Kərim Benzema, Vinisius Junior.

27 aprel

Liverpul (İngiltərə) – Vilyarreal (İspaniya) 2:0
Qol: P.Estupinyan, 53-öz qapısına. S.Mane, 55.
Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk, Endryu Robertson, Fabinyo, Cordan Henderson, Tyaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Luis Dias.
Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol, Pau Torres, Daniel Parexo, Etyen Kapu, Xuan Foyt, Samuel Çukvueze, Fransis Koklen, Pervis Estupinyan, Covani Lo Çelso, Arno Danjuma.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button