Superkompüterin proqnozu: Çempionlar Liqasında favorit dəyişdi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları baş tutub. Aprelin 28-də PSJ öz meydanında “Bayern” üzərində 5:4 hesablı qələbə qazanıb. Digər qarşılaşmada isə dünən “Atletiko” ilə “Arsenal” Madriddə 1:1 hesablı heç-heçə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” superkompüterinin yenilənmiş hesablamaları turnirin əsas favoriti kimi “Arsenal”ı göstərir – London klubunun çempionluq şansı 39 faiz qiymətləndirilir.

İkinci pillədə təxminən 31 faizlə PSJ, üçüncü yerdə isə 22 faizlə “Bayern” qərarlaşıb. Ən aşağı şans isə 8 faizdən az göstərici ilə “Atletiko”ya verilir.

Cavab oyunları mayın 5-də və 6-da müvafiq olaraq London və Münhendə keçiriləcək. Turnirin final qarşılaşması isə mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button