“Çempionlar Liqasında çox yaxşı oynayırıq”

“Latsio”nun hücumçusu Pedro Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Seltik”lə oyunundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu eyni ruhda davam etməli olduqlarını bildirib:

“Çempionlar Liqasında çox yaxşı oynayırıq. Eyni ruhda davam etməliyik. Çətin matç olacaq, güclü komandaya qarşı oynayırıq. Çempionlar Liqasında hər oyun çətin keçir, amma azarkeşlərimizi mükafatlandırmaq istəyirik. Təbii ki, qələbə ilə”.

E qrupunun turnir cədvəlinə 8 xalla “Atletiko” başçılıq edir. “Latsio” 7 xalla 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button