“Neftçi” Yunanıstandan məğlub qayıdır

Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də növbəti matçına bu gün çıxıb. “Ağ-qaralar” Yunanıstan səfərində “Olimpiakos”un qonağı olub. Qarşılaşma yunanların qələbəsiylə başa çatıb.

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 2-ci mərhələ, ilk oyunlar

21 iyul

Olimpiakos (Yunanıstan) – Neftçi 1:0
Qol: M.Kamara, 29.
Qırmızı vərəqə: M.Kamara, 43 – M.Çelik, 63.
Baş hakim: Joao Pineyro (Portuqaliya)

Olimpiakos: 88. Kostas Tzolakis, 3. Ruben Semedo, 4. Məhəmməd Kamara, 5. Andreas Buxalakis (k), 9. Ahmed Hassan, 14. Tanasis Andrutsos, 18. Pyer Kunde Malonq, 19. Georgos Masuras, 25. Svetozar Markoviç, 45. Oleq Ryabçuk, 97. Lazar Randeloviç.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 31. Oqmundur Kristionsson, 44. İlias Karagiris, 12. Alqassime Bah, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 22. Aqibu Kamara, 27. Kenni lala, 28. Matye Valbuena, 66. Pape Abu Sisse, 90. Vasilis Surlis.
Baş məşqçi: Pedro Martins.
Neftçi: 30. Aqi Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 20. Mert Çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 14. Romen Bask, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.