“Çempionlar Liqasına qayıtmaq istəyirik” – Kyeza

“Yuventus”un futbolçusu Federiko Kyeza İtaliya çempionatının cari mövsümündə komandasının hədəflərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu əsas hədəflərinin Çempionlar Liqasında iştirak etmək olduğunu bildirib:

“Bu mövsüm Çempionlar Liqasına qayıtmaq üçün ilk 4-lüyə düşmək istəyirik. İndi biz baş məşqçinin bizə aşıladığı müasir futbol göstərməyə çalışırıq”.

“Yuventus”un 6 turdan sonra 13 xalı var və turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button