ÇL: “Real” “Çelsi”yə səfərdə qalib gəldi

Dünən UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində iki qarşılaşma keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günundə keçirilən matçlardan ən çox diqqət çəkəni “Mançester Siti” – “Atletiko” görüşü idi. İngiltərə klubu cari mövsümdə Çempionlar Liqasını qazanmağa əsas favoritlərdən hesab olunur. Sözügedən kollektiv Madrid təmsilçisi ilə görüşdən minimal hesabla qalib ayrılıb.

Günün digər oyununda “Liverpul” Portuqaliyada “Benfika”nın qonağı olub. İngiltərə təmsilçisi bu matçın favoriti sayılırdı. Dörd qolun qeydə alındığı matç məhz qonaqların qələbəsiylə yekunlaşıb.

Bu gün isə İspaniya nəhəngi “Real” Çempionlar Liqasındakı daha bir İngiltərə klubunun – “Çelsi”nin qonağı olub. Bu oyunu Madrid təmsilçisi üçün qisas matçı kimi də xarakterizə etmək olardı. Ötən il Çempionlar Liqasının yarımfinalında “Çelsi” məhz “Real”ı məğlub edərək finala çıxmış və Avropanın ən nüfuzlu klub turnirinin qalibi adını qazanmışdı. Bu dəfə isə ilk oyunda “Real” səfərdə inamlı qələbə qazanmaqla böyük üstünlük əldə edib.

1/4 final mərhələsinin daha bir oyunu “Vilyarreal”la “Bayern” arasında keçirilib. İspaniya klubu 1/8 final mərhələsində “Yuventus”u üstələyərək hər kəsi təəccübləndirməyi bacarmışdı. Unay Emerinin komandası bu dəfə də Almaniya nəhəngi ilə matçda bir daha zəif rəqib olmadığını göstərib. İspaniya təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları 12-13 apreldə keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/4 final
İlk oyunlar

5 aprel

Benfika (Portuqaliya) – Liverpul (İngiltərə) 1:3
Qol: Nunez, 49 – Konate, 17. Mane, 34. L.Dias, 88.
Hakimlər: Xesus Xil Manzana, Dieqo Barbero, Anxel Nevado, Joze Mariya Sançes (hamısı İspaniya)

Mançester Siti (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol
: De Bruyne, 70.
Hakimlər: İstvan Kovaç, Vasile Florin Marineski, Ovidiu Artene (hamısı Rumıniya), Marko Di Bello (İtaliya)

6 aprel

Çelsi (İngiltərə) – Real (İspaniya) 1:3
Qol: Haverts, 40 – Benzema, 21; 24; 46.
Hakimlər: Kleman Turpin, Nikolas Danos, Siril Qrinqor, Franços Letexier (hamısı Fransa)

Vilyarreal (İspaniya) – Bayern (Almaniya) 1:0
Qol: Danjuma, 8.
Hakimlər: Entoni Teylor, Qari Beşvik, Adam Nunn (hamısı İngiltərə), Anastasios Sidiropoulos (Yunanıstan)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button