Çempionlar Liqasında qrup mərhələsinə yekun vuruldu

Çempionlar Liqasında qrup mərhələsi yekunlaşıb.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

E qrupunun ilk 3 yerində qərarlaşanlar son turun nəticələrinə görə, 1/8 finala və Avropa Liqasının 1/16 finalına yollanacaq komandaları müəyyənləşdirib. Turnirin son qalibi olan “Liverpul” səfərdə “Zalsburq”a məğlub olarsa, ÇL-lə vidalaşa bilərdi. Amma İngiltərə təmsilçisi inamlı qələbə sayəsində nəinki buna imkan verməyib, həm də qrup birincisi kimi növbəti mərhələyə adlayıb. “Napoli” isə “Genk”i darmadağın etməklə pley-offa yüksəlib. “Zalsburq” da Avropa Liqasına vəsiqə qazanıb.

F qrupunda “İnter”lə Dortmund “Borussiya”sı ikinci xoşbəxti müəyyənləşdirib. “İnter” liderliyi təmin edən “Barselona”nı, “Borussiya” isə sonuncu yerin sahibi “Slaviya”nı qəbul edib. Milan təmsilçisinin liderə məğlub olduğu gündə Dortmund klubu qələbə qazanmaqla qrup ikincisi olub. Bu üzdən də “İnter” mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb.

G qrupunda hər şeyə son turda aydınlıq gəlib. Lider “Leypsiq”lə ikinci pillənin sahibi “Zenit” səfər oyununa çıxlb. “Leypsiq”dən fərqli, “Zenit”lə “Lion”dan kimin növbəti mərhələyə adlayacağını son tur müəyyənləşdirib. Almaniya və Fransa təmsilçiləri ilk iki yeri tutmaqla ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıb. “Benfika” isə qrup üçüncüsü kimi Avroliqaya vəsiqə qazanıb.

H qrupunda “Çelsi” öz meydanında “Lill”ə qalib gəlməklə adını 1/8 finala yazdırıb. Digər yerin sahibi isə “Ayaks” – “Valensiya” qarşılaşmasında bəlli olub. İspaniya təmsilçisi minimal hesabla qalib gəlməklə ÇL-in sonuncu finalçısını qrupda saxlayıb. Üçüncü yerlə kifayətlənən “Ayaks” mübarizəni Avroliqada davam etdirəcək.

Bu gün keçirilən 8 qarşılaşma ilə ÇL-də qrup mərhələsinə yekun vurulub.

A, B, C və D qruplarındakı son oyunların ardından 1/8 final mərhələsinə son iki vəsiqənin sahibi də müəyyənləşib.

C qrupunda ikinci yer uğrunda 3 komanda mübarizə aparıb. Amma sonda sevinən “Atalanta” olub. Nəticədə, İtaliya klubu tarixində ilk dəfə ÇL-in 1/8 finalında mübarizə aparmaq hüququ qazanıb.

D qrupunda isə ikinci yeri ya “Bayer”, ya da “Atletiko” tutacaqdı. Sonda bu sevinci Madrid təmsilçisi yaşayıb.

Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur

10 dekabr

E qrupu

Napoli (İtaliya) – Genk (Belçika) 4:0
Qol
: Milik, 3; 26; 38-pen. Mertens, 75-pen.

Zalsburq (Avstriya) – Liverpul (İngiltərə) 0:2
Qol
: Keyta, 57. Salah, 58.

H qrupu

Ayaks (Niderland) – Valensiya (İspaniya) 0:1
Qol
: Rodriqo, 24.

Çelsi (İngiltərə) – Lill (Fransa) 2:1
Qol
: Abraham, 19. Aspilikueta, 35 – Remi, 78.

F qrupu

İnter (İtaliya) – Barselona (İspaniya) 1:2
Qol
: Lukaku, 44 – Peres, 23. Fati, 87.

Borussiya (Dortmund, Almaniya) – Slaviya (Çexiya, Praqa) 2:1
Qol
: Sanço, 10. Brandt, 61 – Souçek, 44.

G qrupu

Benfika (Portuqaliya) – Zenit (Rusiya) 3:0
Qol
: Çervi, 47. Pitsi, 58-pen. Azmun, 79-öz qapısına.

Lion (Fransa) – Leyptsiq (Almaniya) 2:2
Qol
: Auar, 50. Depay, 82 – Forsberq, 9-pen. Verner, 33-pen.

11 dekabr

C qrupu

Dinamo (Zaqreb, Xorvatiya) – Mançester Siti (İngiltərə) 1:4
Qol
: Olmo, 10 – Q.Jezus, 34; 50; 54. Foden, 84.

Şaxtyor (Donetsk, Ukrayna) – Atalanta (İtaliya) 0:3
Qol
: Kastan, 66. Paşaliç, 80. Qosens, 90+4.

D qrupu

Atletiko (İspaniya) – Lokomotiv (Moskva, Rusiya) 2:0
Qol
: J.Feliks, 17-pen. Felipe, 54.

Bayer (Leverkuzen, Almaniya) – Yuventus (İtaliya) 0:2
Qol
: Ronaldo, 75. İquayn, 90+2.

B qrupu

Bavariya (Almaniya) – Tottenhem (İngiltərə) 3:1
Qol
: Koman, 14. Müller, 45. Koutinyo, 64. – Sessenyon, 20.

Olimpiakos (Yunanıstan) – Srvena Zvezda (Serbiya) 1:0
Qol
: El Arabi, 86-pen.

A qrupu

Brügge (Belçika) – Real (İspaniya) 1:3
Qol
: Vanaken, 55 – Rodriqo, 53. Vinisius, 64. Modriç, 90+1.

PSJ (Fransa) – Qalatasaray (Türkiyə) 5:0
Qol
: İkardi, 32. Sarabia, 35. Neymar, 47. Mbappe, 63. Kavani, 83-pen.

Bombardir: Robert Levandovsi (Bavariya) – 10 qol.