“Çempion olmaq istəyiriksə…” – Jesus

“Arsenal”ın hücumçusu Qabriel Jesus İngiltərə Premyer Liqasının 32-ci turunun “Sauthempton”la görüşünü (3:3) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, London təmsilçisinin cari mövsümdəki çıxışını dəyərləndirib:

“Hazırda çox fərqli hadisələr baş verir. Komanda olaraq pozitivə kökləndiyimiz üçün mənfilərdən danışmaq istəmirik. Bu mövsüm gördüyümüz işlər heyrətamizdir. Birlikdə olmaq lazımdır. Etməli olduğumuz çox iş var.

“Mançester Siti”nin ehtiyatda iki oyunu qalıb. Çempion olmaq istəyiriksə, “Etihad”a qələbə üçün yollanmalıyıq. Çempionatda çıxış edən ən gənc komandayıq. Bu, bəhanə deyil. Bəzən nəyisə düzgün edirik, bəzən isə səhvlərə yol veririk. Hamı səhv edə bilər”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 75 xalla birincidir. Onların ən yaxın izləyicisi “Mançester Siti”dir (70 xal). Xatırladaq ki, “şəhərlilər”in ehtiyatında iki oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button