“Çelsi”nin hədəfi: Türk futbolçu

“Çelsi” yay transfer pəncərəsində bahalı keçidlərdən birinə imza ata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonluların bu ay o qədər də aktiv olmayacağı gözlənilsə də, klub rəhbərliyi artıq mövsümlərarası fasilə üçün heyəti gücləndirmə variantlarını araşdırır.

“Çelsi” yayda bir neçə ciddi transfer həyata keçirməyi planlaşdırır. Potensial namizədlər arasında “Yuventus”un türkiyəli hücumçusu Kənan Yıldızın adı xüsusilə diqqət çəkir. London təmsilçisi eyni zamanda, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainunu da yaxından izləməkdə davam edir.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Kənanın bazar dəyəri 75 milyon avro, Mainuda isə 40 milyon avro olaraq göstərilir. Hər iki futbolçunun hazırda 20 yaşı var.

“Çelsi”nin yay transfer pəncərəsində bu oyunçulardan birini heyətinə qatmaq üçün ciddi addımlar ata biləcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button